Dünya 

Uşaq bağçasında kütləvi zəhərlənmə olub – Gürcüstanda

Gürcüstanın Tsxaltubo bələdiyyəsinin Gequti kəndinin uşaq bağçasında 11 uşaq zəhərlənib.

ARANTV.AZ report-a istinadən xəbər verir ki, uşaqlar Kutaisi Şəhər Xəstəxanasına yerləşdirilib. Onlarda qarın ağrısı, qusma və yüksək hərarət müşahidə olunur.

Zəhərlənmənin dəqiq səbəbi hələ məlum deyil. Uşaqların süd və ya tərəvəz məhsullarından zəhərləndiyi ehtimal olunur.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin nümayəndələri zəhərlənmənin səbəbini müəyyən etmək üçün müvafiq tədbirlər həyata keçirir.

Daha çox xəbərlər