Heydər Əliyev Mərkəzi MDB-də müasir incəsənət mərkəzlərinin ilk üçlüyünə daxil olub
Rusiyanın “TurStat” turizm portalı MDB ölkələrində səfər, onlayn-tur və virtual ekskursiya üçün ən yaxşı muzey və müasir incəsənət mərkəzlərinin reytinqini tərtib edib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, Bakıda Heydər Əliyev Mərkəzi reytinqdə ilk üçlüyə daxil olub.
Üçlükdə həmçinin Minskdə Müasir İncəsənət Milli Mərkəzi və Nur-Sultanda Sülh və razılıq Sarayı (Piramida) yer alıb.
Reytinq virtual tur və ekskursiyalar üzrə muzeylərin populyarlıq göstəricilərinə uyğun tərtib edilib.

