“Jara” Beynəlxalq Musiqi Festivalına start verilib
ARANTV.AZ xəbər verir ki, Builki “Jara” festivalının hazırlıq işlərinə təxminən bir il vaxt sərf olundu. Biz “Jara-2017” Beynəlxalq Musiqi Festivalı başa çatandan sonra keçən il avqustun əvvəlində görüşdük və görəcəyimiz işləri planlaşdırmağa başladıq”. Bu sözləri Azərbaycanın Xalq Artisti, “Jara” Beynəlxalq Musiqi Fesitvalının təşkilatçılarından biri Emin Ağalarov mətbuat konfransında dedi. Onun sözlərinə görə, bu il festivalda 75 ifaçı çıxış edəcək. Festival 1200-dən çox musiqiçi gəlib. Artıq “Odnajdı na Jare” filminin çəkilişlərinə də başlanılıb. Filmdə “Jara” festivalının iştirakçıları rol alıblar. Emin Ağalarov onu da diqqətə çatdırdı ki, filmdə ifa edən 58 artistdən biri də dünyada məhşur olan Stiven Siqaldır. O da ilk dəfə olaraq bu festivalda iştirak edir. “Jara-2018” festivalının açılışı münasibətilə təşkil edilən mətbuat konfransında, həmçinin festivalın digər təşkilatçıları – Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio” və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov, dünya şöhrətli ifaçılar Filip Kirkorov, Lyubov Uspenskaya, habelə MOT jurnalistlərin suallarını cavablandırdılar. “Jara” Beynəlxalq Musiqi Festivalı musiqi aləmində 2018-ci ilin ən vacib haisəsidir. Dörd gün ərzində paytaxtımızda əsl musiqi bayramı yaşanacaq. “Mən çox festivalda iştirak etmişəm, deyə bilərəm ki, “Jara” Beynəlxalq Musiqi Festivalı təçkilatçılığının çox yüksək səviyyədə olması ilə digərlərindən fərqlənir”. Bunu isə Filip Kirkorov dedi. O, qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirdi. İki il əvvəl “Crystal Hall”da keçirdiyi konserti yaradıcılığının ən möhtəşəm konserti adlandırdı. Qriqori Leps isə festivalda gənc ifaçıların iştirakını yüksək dəyərləndirdi. Gənc ifaçı MOT bu festivalı gənclər üçün yaxşı başlanğıc kimi də qiymətləndirdi. İlk dəfə “Jara”ya qatıldığını qeyd edən Lyubov Uspenskaya təşkilatçılığın yüksək səviyyədə oludğunu, Bakını da gəzəcəyini vurğuladı.

