Meksikada Türkiyə səfirinin katibi yoxa çıxdı
Meksika Baş Prokurorluğu Mexikoda Türkiyənin bu ölkədəki səfirinin katibinin yoxa çıxması ilə bağlı araşdırmalar aparır:
“29 yaşlı türkiyəli qadının iyulun 2-dən bəri itkin düşməsi ilə bağlı daxil olan məlumat əsasında araşdırmalar başlanıb”.
ARANTV.AZ xəbər verir ki, bununla bağlı prokurorluq məlumat yayıb.
Faktla bağlı iyulun 25-də Türkiyə səfirliyinin müşaviri prokurorluğa müraciət edib. İtkin düşən qadın səfirliyin ikinci katibi olub.
oxu.az

