Gündəm 

Azərbaycanda toyuq ətinə su vurularaq satışa buraxılır- AQTA rəsmisi AÇIQLADI / VİDEO

“Siyəzən” broyler toyuqlarına əlavə su vurulmaqla çəkisi artırılır.

ARANTV.AZ  xəbər verir ki, işbazlar öncə ölkəyə idxal olunan dondurulmuş toyuq məhsullarını hovuzlarda suda saxlamaqla donunu açır, qablaşdırmadan çıxarır. Daha sonra quş ətinə “şpris” vasitəsilə daxilinə su ineksiya edilir. Yəni ki, toyuqlara çəkisi artsın deyə əlavə su vurulur. Xaricdən idxal olunmuş toyuq məhsullarının hər biri 860 qr çəkidən 1200 qr-a çatıdırılır.

Bu barədə AQTA- nın Bakı Regional bölməsinin rəisi Zaur Kərimov Real tv-yə açıqlamasında məlumat verib.

Hazırda quş əti məhsullarına vurulan məhlulun tərkibinin nədən ibarət olduğu araşdırılır. Bunun üçün labarator müayinə olacaqdır. Xaricdən idxal olunan sözügedən məhsullar “Siyəzən” broyler toyuq məhsulları adı alında satışa çıxarılır. Həmin sexdə araşdırma nəticəsində həmçinin istifadəsi bitmiş quş ətinə etiket vurularaq satılması halı da qeydə alınıb.

Sonxeber.az

Daha çox xəbərlər