Şirəliyev Narkoloji Mərkəzə yeni baş həkim təyin etdi
Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev Araz Manuçərini Respublika Narkoloji Mərkəzinə yeni baş həkim təyin edib.
ARANTV.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Unikal.org-a bildirib.
Xatırladaq ki, Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla əlaqədar mərkəzin direktoru Telman Məmmədhəsənov həbs olunub.
Qeyd edək ki, Araz Manuçəri 2 saylı Psixiatrik Kliniki Xəstəxananın baş həkimi olub.

