Hadisə 

Ələtdə “KamAZ” yol ayırıcısına çırpıldı, sürücü öldü

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, sentyabrın 25-də saat 04:00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Şərur rayon sakini Mirheydər Tağıyev idarə etdiyi
“KamAZ” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

oxu.az

Daha çox xəbərlər