İdman 

Daha bir cüdoçumuz DÇ ilə vidalaşdı – YENİLƏNİB

+78 kq-da çıxış edən ukraynalı cüdoçumuz İrina Kindzerskaya təsəlliverici yarışın ilk görüşündə məğlubiyyətlə barışmalı olub.

ARANTV.AZ  xəbər verir ki, o, türkiyəli Kayra Sarıta əlavə vaxtda uduzaraq mükafatsız qalıb.

12:42

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlara bu gün yekun vurulacaq.

ARANTV.AZ xəbər verir ki, bu gün idmançılarımızdan ikisi mübarizəyə qoşulub.

+100 kq çəki dərəcəsində mübarizə aparan gürcüstanlı legionerimiz Uşanqi Kokauri 1/16 finalda belaruslu, 1/8 finalda ukraynalı və 1/4 finalda çexiyalı rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. O, yarımfinalda özbəkistanlı Bəymurad Altıboyevlə qarşılaşacaq.

+78 kq-da çıxış edən ukraynalı cüdoçumuz İrina Kindzerskaya isə 1/16 finalda litvalı, 1/8 finalda puerto rikolu rəqiblərini məğlub etsə də, 1/4 finalda bosniyalı Larisa Çeriçə ipponla məğlub olub.

Cüdoçumuz bürünc medal qazanmaq üçün təsəlliverici döyüşlərdə iştirak edəcək. Bu mərhələdə Kindzerskayanın ilk rəqibi türkiyəli Kayra Sayıtolacaq.oxu.az

Daha çox xəbərlər