Materik Çində sutkada COVID-19 ilə 12 yeni yoluxma halı aşkar olunub
Materik Çində son 24 saat ərzində koronavirus ilə 12 yeni yoluxma halı qeydə alınıb, onlardan 6 nəfər xaricdən gələnlərdir, daha 6 nəfər ölkə daxilində yolxub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi bildirib.
Məlumata əsasən, xaricdən gələnlərdə yoluxma hallarından beşi Şanxayda aşkar olunub: iki xəstə Braziliyadan, üçü ABŞ-dan gəlib. Daha bir yoluxma faktı Futzan vilayətində qeydə alınıb.
Ölkə daxilində bütün altı yoluxma faktı Çinin Rusiya ilə həmsərhəd olan inzibati hissələrində – beşi Heyluntzyan vilayətində, biri Daxili Monqol Muxtar Vilayətində qeydə alınıb.
Ölkədə sutka ərzində COVID-19 ilə bağlı ölüm hadisəsi qeydə alınmayıb.

