Gündəm 

Bu gün yeni Baş prokuror seçiləcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş prokurorla bağlı məsələyə baxılacaq.

ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev “Baş Prokurorun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” Milli Məclisə təqdimat göndərib.

Qeyd edək ki, Baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

Xatırladaq ki, 64 yaşlı Zakir Qaralov 25 aprel 2000-ci ildən sözügedən vəzifədə idi.

Daha çox xəbərlər