Dünya 

Göyərtəsində yeddi yanğınsöndürən olan helikopter qəzaya uğradı

Cənubi Koreyada yanğınsöndürən helikopter qəzaya uğrayıb.

“Yonhap” agentliyi xəbər verir ki, hava gəmisinin göyərtəsində yeddi nəfər heyət üzvü olub.

Hadisə ölkənin Konsan-Namdo əyalətinin dağlıq hissəsində baş verib.

Helikopterdə olan yeddi nəfərdən ikisi ağır xəsarət alıb, digər heyət üzvlərinin sağlamlığına isə ciddi təhlükə yoxdur.

Daha çox xəbərlər