Qara yağış sakinləri QORXUYA SALDI – VİDEO
Çuvaşiyada dünən yağan qara yağış bəzi bölgələri “çirkləndirərək” sakinləri qorxuya salıb.
ARANTV.AZ verdiyi xəbərə görə, bununla bağlı görüntülər “VKontakte” saytındakı qruplardan birində yerləşdirilib.
Sakinlər yağışdan sonra avtomobillərdə, pəncərələrdə və hətta ipdən asılan paltarlarda ləkələrin qaldığından şikayət ediblər.
Ehtimal olunur ki, qara yağış Mərkəzi Rusiyada külək səbəbiylə toz fırtınaları yarandıqdan sonra əmələ gəlib.
BiG.AZ

