Əsas səhifə 

İtaliya Prezidenti tərəfindən Azərbaycanın Birinci vitse-prezidentinin şərəfinə rəsmi nahar verilib

ARANTV.AZ xəbər verir ki, sentyabrın 26-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarella tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib.

Prezident Sercio Mattarella Birinci vitse-prezident Mehriban Əliyevanı qarşıladı.

Azərbaycanın nümayəndə heyəti Prezident Sercio Mattarellaya, İtaliyanın dövlət və hökumət rəsmiləri Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim olundu.

Sonra birgə foto çəkdirildi.

Daha sonra İtaliya Prezidenti tərəfindən Azərbaycanın Birinci vitse-prezidentinin şərəfinə rəsmi nahar verildi.

Daha çox xəbərlər