DİN 6 yaşlı uşağın öldüyü hadisə barədə məlumat yaydı
Daxili İşlər Nazirliyi Samuxda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
ARANTV.AZ xəbər verir ki, mayın 1-də saat 20 radələrində Samux rayonunun Köbər kəndi ərazisində kənd sakini E.Süleymanov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı su kanalına aşırıb. Nəticədə sərnişini, 6 yaşlı oğlu Hüseyn suda boğularaq ölüb.
Samux RPŞ tərəfindən araşdırma aparılır.Publika.az

