Hadisə 

Salyanda iki azyaşlı qardaş arxda boğuldu

Salyanda iki azyaşlı qardaş su arxında boğulub.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Salyan rayonunun Peyk kəndi ərazisində qeydə alınıb.

Valideyin nəzarətindən yayınan 2016-cı il təvəllüdlü Nahid Rahin oğlu İsmayılov və qardaşı, 2017-ci il təvəllüdlü Nail Rahin oğlu İsmayılov evlərinin yaxınlığından keçən su arxına düşərək, boğulublar.

Faktla bağlı araşdırma aparılır.APA

Daha çox xəbərlər