Hadisə 

Yevlaxda iki avtomobil toqquşub: Xəsarət alanlar var

Bakı-Qazax avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomobildə olan İmişli rayon sakinləri, 1995-ci il təvəllüdlü Xəlilov Habil Rəsul oğlu və onun qohumu, 1994-cü il təvəllüdlü Yusif Xəlilov xəsarət alıblar. Hər iki şəxs xəstəxanaya aparılıb.

Digər avtomobildə xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.Report

Daha çox xəbərlər