Yevlaxda maşın piyadanı vurub öldürdü
Yevlax şəhəri ərazisində “KİA” markalı avtomobillə piyadanın vurulması hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, sentyabrın 27-də, saat 11:00 radələrində Yevlax şəhəri ərazisində Mingəçevir şəhər sakini Elvin İbrahimov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən şəhər sakini Baloğlan Həşimovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.
oxu.az

