Kriminal 

Azərbaycanlı ər-arvadı öldürən şəxsə bu cəza verildi

Gürcüstanın Qardabani rayonunun Aşağı Kəpənəkçi kəndində ötən ilin iyun ayında ər-arvad – İskəndər Musayev və Şəfiqə Musayevanı xüsusi amansızlıqla qətlə yetirən şəxs 19 il müddətinə azadlıqdan məhrum olunub.

Bu barədə Rustavi Şəhər Məhkəməsi qərar qəbul edib.

İstintaqla müəyyən olunub ki, həmin şəxs 2019-cu ilin iyunun 6-da 84 və 77 yaşlı ər-arvadı küt qətlə yetirib. O, cütlüyün evindən 1 050 lari oğurlayaraq hadisə yerindən qaçıb.

Polis həmin şəxsi 2020-ci ilin fevralın 5-də saxlayıb.(Report)

Daha çox xəbərlər