Hadisə 

Bakıda oğurluq kameraya düşdü – ANBAAN VİDEO

Bakı şəhərində hündürmərtəbəli yaşayış binasından velosiped oğurlanıb.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Yasamal rayonu, D.Bünyadzadə küçəsində qeydə alınıb.

Belə ki, mənzilin qapısı qarşısından velosipedin oğurlanması təhlükəsizlik kameralarına düşüb.

Vətəndaşların sözlərinə görə, sözügedən ərazidə bu cür halların sayı artıb.

Velosiped oğrusunun tutulması istiqamətində axtarışlar aparılsa da, nəticə əldə edilməyib.

Oxu.Az

Daha çox xəbərlər