Hadisə 

Bakıda cibgir yaxalandı

Binəqədi rayonu ərazisində xətt avtobusunda sərnişinin pulqabını cibindən oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 9-da rayon ərazisində xətt avtobusunda Bakı şəhər sakini Z.Xəlilovun içərisində 172 manat olan pulqabını cibindən oğurlamaqda şübhəli bilinən paytaxt sakini M.Hacıyev saxlanılıb.

Daha çox xəbərlər