Dünya 

Rusiya koronavirusa yoluxma sayına görə İtaliyanı keçdi

Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artır.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 11 656 nəfər koronavirusa yoluxub, 94 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 221 344 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 2 009 nəfərə çatıb. Yoluxma sayına görə Rusiya İtaliyanı keçib.

Ölkə ərazisində ümumilikdə 39 801 nəfər virusdan sağalıb, 179 534 nəfərin müalicəsi isə davam edir.

Daha çox xəbərlər