Hadisə 

Gəncədə faciəvi hadisə – QADIN ÖLDÜ

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, mayın 10-da saat 15 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Ş.Mirzəyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən həmyerlisi Alimə Səfərovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.Publika.az

Daha çox xəbərlər