Ərdoğan: “Türkiyəyə düşmən olan qüvvələri öz yuvalarında məğlub etməyə davam edəcəyik”
Aralıq dənizində, Kiprdə və Egeydəki hüquqlarımızı və maraqlarımızı sonuna qədər qorumağa davam edəcəyik. FETÖ-dən PKK-ya, erməni və yunan lobbilərindən tutmuş Körfəz qaynaqlı hüsumət ocaqlarına qədər heç bir şər qüvvəyə meydanı buraxmayacağıq. Xaricdəki maliyyə qurumlarının köməyi ilə iqtisadiyyatımızı çökdürəcəklərini, ayaqlarımıza qandallar vuracaqlarını, bizi küncə sıxışdıracaqlarını düşünənləri məyus etməyə davam edəcəyik.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tarabyadakı Huber köşkündə videokonfrans sistemi vasitəsilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra deyib.
Prezident Ərdoğan 15 iyul çevriliş cəhdini millətlə birlikdə uğursuzluğa düçar etdikdən sonra “Cumhur İttifaqı” ilə idarəçiliyi daha güclü, daha geniş əsaslı hala gətirdiklərini söyləyib.
Geridə qoyulan təxminən 4 il ərzində hər cür fitnə, böhtan, yalan və təhrik təşəbbüsünə baxmayaraq, “Cumhur İttifaqı”nın Türkiyənin və türk millətinin gələcəyinə sahib çıxmaq prinsipindən vaz keçmədən dimdik dayandığını vurğulayan R.T.Ərdoğan sözlərini belə davam etdirib:

