Azərbaycan – Ermənistan oyunu 2021-ci ilə keçirildi
Azərbaycan və Ermənistanın basketbol komandalarının bir qrupda yarışacağı kiçik ölkələr üzrə Avropa çempionatının vaxtı müəyyənləşib.
ARANTV.AZ xəbər verir ki, bu barədə qərar FIBA Avropa-nın videokonfrans formatında keçirilən VI iclasında verilib.
Avropa çempionatının meydan sahibi olan İrlandiya yarışın 2021-ci ildə keçirilməsini istəyib. Bu səbəbdən həmin qitə birinciliyi gələn ilin 28 iyun – 3 iyul tarixlərinə keçirilib.
Qeyd edək ki, əvvəl bu yarışın bu ilin 28 iyun – 4 iyul tarixlərində keçirilməsi nəzərdə tutulmuşdu. Azərbaycan millisi bu yarışda B qrupunda meydan sahibi İrlandiya, Ermənistan və Andorra ilə qarşılaşmalıdır.Oxu.Az

