Hadisə 

Yol qəzası iki ailə arasında silahlı atışmaya səbəb oldu: 2 ölü, 7 yaralı

Türkiyənin Diyarbəkir vilayətində yol qəzası səbəbindən iki ailə arasında silahlı atışma baş verib.

Avtosfer.az xəbər verir ki, insident Yenişəhər rayonunda qeydə alınıb.

Məlumata görə, motosiklet qəzası səbəbindən iki ailə arasında yaranan sözlü mübahisə silahlı atışmaya çevrilib. “Benu Sən” məhəlləsində ailə fərdləri silahlarını alaraq evlərinin damına çıxaraq uzun müddət atışıblar. İlk atışmada 1 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan İzzət Əsmər həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.

İkinci hadisə Yenişəhər rayonu “Şəhidlik” məhəlləsində davam edib. Burada ev edilən silahlı baskın nəticəsində biri uşaq olmaqla 3 nəfər xəsarət alıb.

Ətrafdakıların xəbər verməsi ilə hadisə yerinə polis və təcili tibbi yardım briqadasının əməkdaşları gəliblər. Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıblar.

Baş verən hadisələrin nəticəsində 2 nəfər ölüb, 4-ü ağır, 1-i uşaq olmaqla ümumilikdə 7 nəfər xəsarət alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Daha çox xəbərlər