İki evi yaran keçmiş məhkum tutuldu
Bakı şəhər Baş Polis İdarəsi və Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-də və 28-də rayon ərazisindəki 2 evdən 500 ABŞ dolları və bijuteriya oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Polad Puladov saxlanılıb.
ARANTV.AZ xəbər verir ki, onun sentyabrın 5-də Binəqədi qəsəbəsindəki evlərin birindən 370 manat oğurlaması da müəyyən edilib.ölkə.az

