“Paşinyan ailə üzvləri üçün 600-700 min dollara maşınlar alır”
Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Facebook-da yeni video-mesaj yayımlayıb.
ARANTV.AZ xəbər verir ki ,Bu barədə “Sputnik Armeniya” xəbər yayıb.
Çıxışında Minasyan yeni hökumətin və xüsusən Nikol Paşinyanın korrupsioner fəaliyyəti ilə bağlı ifşaedici silsilə ittihamlarını davam etdirib. M.Minasyan insanların həyatına, həmçinin “Ermənistan hakimiyyətinin beynəlxalq mafiya ilə anlaşması” mövzularına toxunub.

Mikael Minasyan
“Deyim ki, Nikol Paşinyan ümumiyyətlə populist deyil. Paşinyanın çoxdankı arzusu idi – Qagik Tsarukyandan daha yaxşı yaşamaq və keyfiyyətli bir həyat tərzi keçirmək. Paşinyan populizm qanunlarını pozdu, o, dövlət oliqarxından başqa heç kim deyil”,-deyə Minasyan qeyd edib.
Serj Sarkisyanın kürəkəni Paşinyana ailə üzvləri üçün 600-700 min dollara maşınlar aldığını “xatırladıb”. Onun sözlərinə görə, birinci şəxsin və ailəsinin təhlükəsizliyini təmin etmək üçün bu qədər maşın son 30 ildə Ermənistanda heç kimdə olmayıb.
Minasyan deyib ki, bu heç cür populizmlə əlaqəli deyil: “Həyat yoldaşı ilə məsələn, Milanda “La Skala” operasına və Müqəddəs Lazar adasına səyahətlərin də populizmlə heç bir əlaqəsi yoxdur”.
“Bu xalqın hesabına edilir, on minlərlə dollar xərclənir. Eyni zamanda, İtaliyaya etdiyi səfərin nəticələrindən sonra Paşinyan iki şeyə nail oldu: inanılmaz məbləğlər mənasız yerə xərcləndi və o, Mikael Minasyanın Vatikanın zirzəmilərində gizləndiyini söyləməklə İtaliya Senatının sədri ilə mübahisəyə girdi”,-deyə Sarkisyanın kürəkəni davam edib.
O əlavə edib ki, milyonlarla dollarlıq mükafatlar da heç cür populizmlə əlaqəli deyil.
Minasyan videoda deyir ki, hazırda Ermənistanda iki qrup yaranıb: əvvəllər o qədər də yaxşı yaşamayan və indi hakimiyyətdə olan, xalqın hesabına cah-calal içərisində yaşayan insanlar və xalqın özü, hansı ki, əvvəllər pis yaşayırdı və indi daha pis yaşayır.
Paşinyanın qızı üçün cip
Onun sözlərinə görə, Paşinyan tezliklə baş nazir postunu itirəcəyini başa düşür və mümkün qədər çox sərvət toplamağa çalışır. Məhz bunun nəticəsidir ki, o, hətta “beynəlxalq mafiya ilə sövdələşir” deyə Minasyan yenə də təkid edir.
“Rusiyada tapılan qaçaq siqaret partiyasını Yerevanda, Nikol Paşinyanın qardaşı oğlu, “Mənim addımım”dan deputat olan Sipan Paşinyan əldə edib. Sənədlərdə son təyinat yeri kimi Əfqanıstanın qeyd olunduğu siqaretlər Rusiyada aşkarlanıb və müsadirə edilib”,-keçmiş səfir vurğulayıb.
Ermənistanın Vatikandakı keçmiş səfiri iddia edir ki, Sipan Paşinyana Paşinyanın həyat yoldaşı Anna Hakobyanın kadrı olan Ermənistan Dövlət Gəlirlər Komitəsi sədrinin müavini Şuşan Nersisyan “dəstək” verib. Vasitəçi rolunda isə Anna Hakobyanın qardaşı, “Mənim addımım”dan millət vəkili Qraçya Hakobyan çıxış edib.(Virtualaz.org)

