Siyasət 

Mikayıl Cabbarov səfirlə görüşdü

Oktyabrın 1-də vergilər naziri Mikayıl Cabbarov Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi ilə görüşüb.

ARANTV.AZ xəbər verir ki, görüşdə ölkələrimiz arasındakı iqtisadi əməkdaşlıq və onun genişləndirilməsi perspektivləri müzakirə edilib, hər iki ölkənin iqtisadi tərəfdaş kimi qarşılıqlı maraq doğurduğu vurğulanıb. Tərəflər Azərbaycanın vergi sistemində aparılan islahatlar və Macarıstanda vergi inzibatçılığı sahəsində tətbiq edilən yeniliklər barədə fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

ölkə.az

Daha çox xəbərlər