Dünya 

İsrailin Çindəki səfiri qəflətən vəfat etdi

Çin Xalq Respublikasının İsraildəki səfiri Du Vey bu gecə dünyasını dəyişib.

Səhər saatlarında səfirlik əməkdaşları 58 yaşlı Du Veyi oyatmağa çalışsalar da, yataq otağının qapısı bağlı idi.

Olay İsrailin Gersliya şəhərində baş verib.

Səfir yataqda keçinib.

Milli.Az bildirir ki, Du Vey əvvəllər Çinin Ukraynadakı səfiri idi.

İlkin rəsmi məlumata görə, səfir ürəktutmasından vəfat edib.

Xatırladaq ki, ötən çərşənbə günü ABŞ-ın dövlət katibi Mayk Pompeo qəfil səfərlə İsrailə yollanmışdı. O, İsrail rəhbərliyi ilə keçirdiyi danışıqlarda “Çinlə əməkdaşlığın çox təhlükəli olduğunu” vurğulayıb.

Əslində, Çinlə əlaqələrlə bağlı ABŞ son iki ildə İsrialə dəfələrlə xəbərdarlıq etmiş, “Ya onlar, ya biz!” ultimatumu vermişdi.

İsrail də hədənin ciddiliyini anlayaraq Nizamlama Kolmissiyası yaratmışdı. Komissiya Çinin İsraildəki biznes və kommersiya fəaliyyəti ilə bağlı statistikanı araşdırmalı, “müvafiq göstəriş”lər hazırlamalı idi.

Komissiya yaradıldı, amma Vaşinqtonun İsrailə təzyiqləri daha da artdı.

İki gün əvvəlsə bəlli oldu ki, İsrailin Palmaxim bölgəsində ölkənin ən iri sutəmizləmə stansiyasının inşası ilə bağlı Çinlə imzalanmış müqavilə ləğv olunur.

Daha çox xəbərlər