Səkinin ortası ilə hərəkət edən pələng yerli sakinlərə qorxulu anlar yaşatdı – VİDEO
Şəhərin mərkəzində səki ilə asudə gəzən pələng yerli sakinlərə qorxulu anlar yaşadıb. Lakin o, tezliklə ələ keçib.
“The Guardian”ın məlumatına görə, kadrlar Meksikanın Qvadalahara şəhərində qeydə alınıb.
Videoda yırtıcı heyvanın onu izləyən üç nəfər tərəfindən tutulması görünür. Şahidlər polis çağırsa da, hüquq mühafizəçiləri hadisə yerinə çatanda orada nə ovçuları, nə də heyvanı tapa biliblər.
Məlumata görə, ölkədə bu cür yırtıcı heyvanlar, adətən, narkobaronlar tərəfindən ev heyvanı kimi saxlanılır.

