Sosial 

TƏBİB əhaliyə müraciət etdi

Ayrı-ayrılıqda maskanın istifadəsi və ya sosial məsafənin gözlənilməsi yetərsizdir.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu məlumat Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) açıqlamasında göstərilib.

“Tədqiqatlar göstərir ki, ayrı-ayrılıqda maskanın istifadəsi və ya sosial məsafənin gözlənilməsi yetərsizdir, bu halda, yoluxma baş verə bilər”.

TƏBİB-dən bildirilir ki, həm maskadan istifadə, həm də sosial məsafə eyni anda gözlənilməlidir.

Daha çox xəbərlər