Azərbaycanda 2 nəfər maşının altında qalıb öldü
Mayın 17-də saat 14 radələrində Sabirabad şəhərində ağır yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, şəhər sakini B.İmamverdiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Elman Mirzəliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Oşxar hadisə Balakən rayonunda da qeydə alınıb. Mayın 17-də saat 8 radələrində Balakən rayonunun Qullar kəndi ərazisində Mazımçay kənd sakini M.İbrahimov idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən kənd sakini Cavadxan Şəkiliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.Publika.az

