Ötən il Azərbaycanda 14514 nəfər suçiçəyinə yoluxub
2019-cu ildə Azərbaycanda 14514 suçiçəyi ilə xəstələnmə halı qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Məlumata əsasən, xəsətələnənlərdən 7851 nəfəri kişi, 6663 nəfəri isə qadındır.
Onlardan 12188-i 18 yaşadək, 2326-sı 18 və yuxarı yaşda olan şəxslərdir.
Ötən il suçiçəyi xəstəliyindən ölüm halı qeydə alınmayıb.
Bildirilib ki, suçiçəyi ilə xəstələnmə halları daha çox Naxçıvan, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydə alınıb.

