Polşada koronavirusa yoluxanların sayı 19 minə çatır
Mayın 18-nə olan göstəricilərə görə, Polşada koronavirusa yoluxanların sayı 18 min 885 nəfər təşkil edib.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, son bir sutkada qeydə alınan yoluxma sayı 356 nəfərdir. Daha 11 nəfər vəfat etməsi ilə ölüm sayı 936-ya çatıb. İnfeksiyalardan ölüm nisbəti 4,99 faizdən 4,96- faizə düşüb.
Polşada koronavirusa ilk yoluxma faktı martın 4-də qeydə alınmışdı. Martın 20-də ölkədə epidemiya təhlükəsi rəsmi olaraq təsdiqlənib və karantin rejimi tətbiq olunub. İlk yumşalmalar aprelin 20-də, daha sonra isə mərhələli şəkildə mayın 4-də və 18-də aparılıb. Hazırda ölkə demək olar ki adi həyat şərtlərinə qayıdıb.

