İranda koronavirusdan ölənlərin sayı 7 mini ötüb
Son sutka ərzində İranda koronavirusa 2294 yoluxma halı aşkar edilib, 69 nəfər isə ölüb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 122 min 492 nəfərə, ölənlərin sayı isə 7 min 57-yə çatıb. Xüsusi rejimli xəstəxanalarda müalicə alan 95 min 661 nəfər sağalaraq evə buraxılıb.
Mətbuat katibi onu da vurğulayıb ki, intensiv terapiya şöbəsində yatan 2 min 712 nəfərin vəziyyəti ağırdır.

