Moskvada son sutkada koronavirusdan daha 71 nəfər ölüb
Son sutka ərzində Rusiyanın paytaxtı Moskvada koronavirusa yoluxan daha 71 nəfər ölüb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, Moskvada koronavirus infeksiyası ilə əlaqədar vəziyyətə nəzarət və monitorinq üzrə əməliyyat qərargahından bildiriblər.
Bildirilib ki, paytaxtda sətəlcəm diaqnozu qoyulan və koronavirus infeksiyası ilə bağlı testlərin müsbət çıxdığı 71 nəfər vəfat edib.
Ümumilikdə, Moskvada koronavirusa yoluxması təsdiq edilən 1 651 nəfər ölüb.

