Bakıda qətlə yetirilən şəxs istirahət mərkəzində basdırılıb
Bakıda qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
ARANTV.AZ-ın xəbərinə görə, Xəzər rayonunda yerləşən “Dostluq” istirahət mərkəzində təmir işləri aparılan zaman torpağın altında insan skeleti aşkar edilib.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Tapılan skeletin şəxsiyyəti araşdırılır.”Report”

