Bakıda qadın sürücü “Jeep”lə dəhşətli qəza törətdi – ÖLƏN VAR
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, mayın 18-də saat 2 radələrində Yasamal rayonunun M.Həsənov küçəsində Bakı şəhər sakini Aygün Qəniyeva idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən 65-70 yaşlı kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.Publika.az

