Dünya 

İşıqforlarda YENİLİK: “Yaşıl dəhliz” avtobusda gedişi tezləşdirəcək – VİDEO

Rusiyanın bir neçə şəhərində işıqforlarda “yaşıl dəhliz” funksiyası sınaqdan keçirilir.

ARANTV.AZ-ın verdiyi xəbərə görə, bu barədə “İzvestiya” yazır.

Belə ki, yeni sistemə əsasən, işıqforlarda “yaşıl dəhliz” funksiyası olan dörd yol ayrıcında ictimai nəqliyyatın gedişinə üstünlük veriləcək.

Mütəxəssislərin fikrincə, bununla marşrutlarda gediş müddəti 20 faiz azaldacaq.

Hazırda sistem daha çox paytaxtda istifadə olunur, lakin tezliklə Rusiyanın 16 bölgəsindən olan şəhərlərdə də tətbiq olunacağı gözlənilir.

BiG.AZ

 

Daha çox xəbərlər