Gündəm 

İncəsənət nədir? Necə yarandı?

Açar  sözlər: İncəsənət, ibtidai incəsənət,  ibtidai DTS, ibtidai  geyim,  ibtidai heykəltaraşlıq,  dini inanc, Altamira mağarası, Azıx  tapıntıları, Qobustan petroqlifləri

İncəsənət –  insan hisslərinin təsvir edən vasitədir. Həmçinin istənilən fəaliyyət sahəsində insanın göstərdiyi yüksək bacarıq, məharət də nəzərdə tutulur. İncəsənət  mədəniyyətin  bir  tərkib  hissəsidir. Gerçəkliyin bədii əksi kimi görmə obrazlarında (təsviri incəsənət, memarlıq), səs obrazlarında (musiqi), sözdə (ədəbiyyat), həmçinin incəsənətin müəyyən növlərində sintez ilə (teatr, kino) müəyyən olunur. [1]

İbtidai  icmada, qədim  dünya  tarixində  həmçinin, müasir  dövrdə incəsənətin  yaranma, inkişaf etmə prosesinə aid çoxlu nümunələr  göstərmək  olar: Azıx  mağarasından  tapılmış  ayı  kəlləsi  üzərində xaotik  cızıqlar, Qobustan  petroqrifleri, İbtidai  icmanın  istenilen  dövrünə  aid, dunyanın  istenilen yerindən  tapılmış  əmək  alətləri, metalın  kəşfindən  sonra məişətdə  istifadə  üçün  istər ibtidai  dövrdə,  istərsə  də müasir  dövrdə hazırlanan  qablar,  əsasən  sinifli  cəmiyyət  yarandıqdan  sonra istifadə  olunmağa  başlayan,  bu gün  də  istifadə  olunan  bəzək  və  zinət  əşyaları və  sair.

Həmçinin, qədim  dünya  tarixində  Misir  ehramları, məşhur  Misir divar  rəsmləri, Sfinks  heykəli, qədim  Yunanıstanda  Parfenon  məbədi,  qədim  Romada  Panteon  məbədi və sair  misal  göstərmək  olar.

Dünyada  incəsənətin  yaranma  prosesini  özündə  əks  etdirən  nümunələrdən  biri  bəlkə  də  birincisi olan  Altamira  mağarasını qeyd  etmek  lazımdı. İspaniyanın  Kantabria əyalətindəki Santillana Del Mar  şəhəri yaxınlığında  yerləşən  Altamira  mağarası,  Paleolit  dövründəki həyat  haqqında bir  xəzinədir. Burada  mağara  rəsmləri,  o cümlədən, bizon  və maral  rəsmləri  həyatı  əhəmiyyət  daşıyır  və  çəkdikləri  dövr  üçün  özünəməxsus  realizm  və  incəlik  göstəricisidir.  Mağaradakı  fərdi  rəsmlər arasında bir  əlaqə  və  ya  kompazisiya  bağlantısı  olmasa  da, həcm, ifadələr  və  prespektivlərin  necə  göstərildiyi  barədə  mürəkkəb  xüsusiyyətlər  mövcuddur  ki, bu  da  onları həmin dövr  üçün  sənətin  zirvəsinə  çevirir.

Amerkalı  etnoqraf  L.Q.Morqanın  “Qədim  cəmiyyət” adlı təqdiqatında  ibtidai  cəmiyyətin  tarixi  öz  əksini  tapır.  O,  qeyd  edir  ki,  insan  təkcə  təbiətin  tərkib  hissəsi  olmamış, o  həm  də  incəsənət  vasitəsilə  özünü  formalaşdırmış  və  kamilləşdirmişdir.

  İncəsənət  niyə  yarandı?

İncəsənətin  bəzi  sahələri  insanların  təbii  ehtiyacı  zərurətindən, bəzi  sahələri  isə  asudə  vaxtı  dəyərləndirmək  zərurətindən  yarandı.

     Bu  necə  baş  verdi?

Qədim  insanlar  vəhşi  heyvanlardan  qorunmaq  və  onları  ovlamaq  üçün  müxtəlif  əmək  alətləri  hazırladılar.  Beləliklə, ibtidai  Dekorativ  Təsviri  Sənətin  ilkin  nümunələri  yaranmağa  başladı. Soyuqdan  qorunmaq  zərurətilə  geyim  mədəniyyəti  yarandı. Əsasən  sinifli  cəmiyyət  yarandıqdan  sonra  bəzək  və  zinət  əşyalarının  istifadə  olunmağa  başladı.  Bu  ibtidai  Dekorativ  Tətbiqi  Sənətin  inkişafı  idi.

Neolit  inqilabında  daşların  deşilməsi  və  cilalanması  üsulu  mənimsənildi.  Bəlkə  də,  bu  ibtidai  heykəltaraşlığın  ilk  rüşeyimləri  idi.  Həmçinin,  toxuculuğun  yaranması  və  saxsı  qabların  hazırlanması   müvafiq  olaraq,  ibtidai  bədii  parça  və  bədii  keramikanın  əsasının  qoyulması  idi.

Enolit  dövründə  anaxaqanlığı  özünün  çiçəklənmə  dövrünü  keçirirdi.  Bu  dövrə  aid  qadın  heykəlləri  tapılmasaı  bunun  göstəricisi  idi.  Bu  isə  artıq  ibtidai  heykeltaraşlığın  yaranması  idi.

İnsanlara  vəhşi  heyvanlardan,  təbiət  hadisələrindən qorunmaq  üçün  yaşayış  yeri  lazım  idi.  Belə  yaşayış  yerləri  mağaralar  idi. Sonralar  “ Skilopik ”  tikililər,  evlər  və  bunların  nəticəsində  memarlıq  yarandı.  Orta  Tunc  dövründə  memarlığın  bir  qolu  olan  şəhərsalma  mədəniyyəti  yaranmağa  başladı.

Həmçinin,  incəsənətin  yaranıb  formalaşmasında dini  inancın  böyük  rolu  vardı.  Məsələn,  Azıx  mağarasından  tapılmış  ayı  kəlləsi  üzərində  xaotik  cızıqlar  bacarıqlı  insanın  dini  inancı  ilə  əlaqədar  idi.  Bundan  başqa qədim  Mannada  tapılmış  qədim  dövr  bədii  metal  nümunəsi  olan  “ Qızıl  cam ”  üzərində  təsvir  olunmuş  “ Üç Allah ”  təsviri  Mannada  çox  allahlılığın göstəricisi  idi.

Belə  nümunələrə  Mezolit  dövrünə  aid  yaşayış  məskəni  olan  Qobustanda da rast  gəlmək  mümkündür.  Məsələn,  burada  bəzi  heyvan  təsvirləri  vardır  ki,  təkrar-təkrar  üst-üstə  çəkilib.  İlk  baxışdan  insana  elə  gəlir  ki,  başqa  yer  olmadığı  üçün  ibtidai  insan  belə  bir  şəkil  çəkib.  Əslində  kifayət  qədər  yer  var.  Sadəcə  ibtidai  insanın  dini  görüşünə  görə  ova  gedərkən  ovlayacağı  heyvanın  rəsmini  belə  çəkərdisə  onu  ovsunlamış  olurdu  və  asanlıqla  ovluyurdu.

Günümüzdə  incəsənətin  əsas  növləri  rəngkarlıq, qrafika, heykəltaraşlıq  və  memarlıqdır. [2]

Nəyin  incəsənət  adlandırılması   bu  və  ya  digər  cəmiyyətin inkişaf  dövründə  malik  olduğu  estetik  norma  və  dəyərləndirmə  dərəcəsindən  asılıdır. [3]

Ədəbiyyat:

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 

2- ci kurs tələbəsi Səma İsazadə

Daha çox xəbərlər