Sosial 

Deputat dilənçilərlə bağlı təklif verdi

“Azərbaycanda dilənçilər üçün sığınacaq yaradılmalıdır”.

ARANTV.AZ-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2019-cu il üzrə hesabatının müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, dilənçilər küçələrdən yığışdırılmalı və islah olunmalıdırlar.

“Dilənçilərin sığınacaqlara yerləşdirilməsi vacibdir. Sığınacaqlarda dilənçilərə gündə üç dəfə yemək verilsin”, – deyə F.Mustafa bildirib.Oxu.Az

Daha çox xəbərlər