Dünya 

İtaliyadan “turist dəhlizi”nin yaradılmasına ETİRAZ

İtaliya Avropada “turist dəhlizi”nin yaradılmasına etiraz edib.

“HaberGlobal” məlumat verir ki, bunu ölkənin Xarici İşlər naziri Luici Di Mayo deyib.

O, Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin ikitərəfli razılaşmalar yolu ilə öz aralarında turist dəhlizi qura bilməyəcəyini bildirib.

XİN başçısının sözlərinə görə, ikitərəfli razılaşmalar əsasında turist dəhlizi yaradılmayacaq, bu, yolverilməzdir.

İtaliyalıların bu mövsümdə ölkə turizminə öz töhfələrini verəcəklərini bildirən Di Mayo deyib: “Çalışırıq ki, ölkəmiz bu yay mövsümündə Avropanın əsas paytaxtlarından və dövlətlərindən turist qəbul edə bilsin”.

Qeyd edək ki, İtaliyada artıq komendant saatı və icazə müraciəti ilə bağlı məhdudiyyətlər ləğv edilib, bölgələr daxili səyahətə icazə verilib. İyunun 3-dən bölgələrarası səyahətə də icazə verilə bilər.

Daha çox xəbərlər