Siyasət 

BƏƏ dövlət başçısı Prezident İlham Əliyevə məktub ünvanlayıb

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nahyan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Birləşmiş Ərəb Əmirlikləri xalqının bu bayram münasibətilə böyük fərəh hissi keçirdiyini xalqınıza çatdırmağı Sizdən xahiş edirəm.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Daha çox xəbərlər