Slovakiya ATƏT-ə sədrliyi dövründə prioritetləri açıqlayıb
ARANTV.AZ xəbər verir ki, gələn il ATƏT-ə Slovakiya sədrlik edəcək. Ölkəsinin quruma sədrliyi dövründə prioritetlərini açıqlayan Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Lukaş Parizek bildirib ki, Slovakiya ATƏT regionunda həlli uzanan münaqişələrin münaqişələrin mövcud danışıqlar formatlarını dəstəkləməyə çalışacaq. “Siyasi həllə aparan dialoqu dəstəkləyəcəyik” deyən Lukaş Parizek vurğulayıb ki, ATƏT məkanında münaqişələrin qarşısının alınmasına yardım göstərmək də prioritetlərə daxildir.

