Dünya 

Moldovada beynəlxalq avtobus və dəmiryolu nəqliyyatı işə düşür

Moldova mayın 26-dan başlayaraq beynəlxalq avtobus və dəmiryolu nəqliyyatının hərəkətinə qadağanı aradan qaldırıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin İctimai Səhiyyə Milli Komissiyasının qərarını baş nazir İon Kiku öz “Facebook” səhifəsində yerləşdirib.

Qeyd olunur ki, daşımalar zamanı infeksiya ilə mübarizə və profilaktika tədbirlərinə ciddi riayət edilməlidir. Sərnişinlər qatar və avtobusa minməzdən əvvəl onların temperaturu yoxlanacaq.

Eyni zamanda Moldovada iyunun 30-dək əcnəbi vətəndaşların ölkəyə girişinə qoyulan qadağa qərarı qüvvədə qalıb.

Ölkədə həmin tarixədək fövqəladə vəziyyət elan edilib.

Daha çox xəbərlər