Dünya 

Almaniya ÜST məsələsində ABŞ-ı dəstəklədi: “Pulların hara getdiyini tapmalıyıq”

Almaniyanın Səhiyyə naziri Yens Şpahn ABŞ Prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) qarşı tənqidlərini dəstəkləyib.

Bu barədə “Financial Times” məlumat yayıb.

Alman nazir “ÜST-ə verilən pulların hara getdiyini tapmalıyıq” ifadəsini səsləndirib.

“ÜST bəzi ölkələrdən daha az asılı olmalıdır. Lakin ilk növbədə, böhranın öhdəsindən gəlməliyik, daha sonra ÜST barədə danışmalıyıq”, – deyə Y.Şpahn bildirib.

Daha çox xəbərlər