Azərbaycanda 5 yaşlı uşağı avtomobil vurub
Daşkəsən rayonunda az yaşlı piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun girişindəki bayraq meydanı ərazisində qeydə alınıb.
Göygöl rayon sakini, 2015-ci il təvəllüdlü Yüsif Nurlan oğlu Atayev yolu qarşı tərəfə keçərkən “VAZ-21015″ markalı avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan azyaşlı piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.”Report”

