Hadisə 

Cəlilabadda yük avtomobillərinin toqquşması üç nəfəri xəstəxanalıq etdi – FOTO

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza hadisəsi köhnə Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

“KamAZ” ilə “İsuzu” markalı yük avtomobilləri toqquşub. Nəticədə üç nəfər – hər iki maşının sürücüləri və bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda yaralananların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər