Bakıda 40 yaşlı kişi küçədə ürəyindən bıçaqlandı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
Rayonun Şağan qəsəbə sakini, 1980-ci il təvəllüdlü Azər Məmmədov küçədə ürəyindən bıçaqlanıb.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Əli Abdullayev saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.Trend

