İranda atışma: ölənlər var
İranın Kürdüstan əyalətinin Sərdəşt sərhəd bölgəsində silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma qeydə alınıb.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, insident sərhədçilərin patrul xidməti yerinə yetirərkən sərhədi keçməyə cəhd edən silahlı dəstə arasında baş tutub.
Atışma nəticəsində silahlı şəxslərdən bir neçə nəfər öldürülüb.
Həmçinin İran sərhədçilərindən 3 nəfər həyatını itirib.

